"Qalatasaray"ın müdafiəçisi Markao "Alanyaspor" qarşılamasından sonra ailəsini təhdid edənlərə reaksiya göstərib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı oyunçu tərəfdarların sosial şəbəklərdə ailəsi ilə bağlı paylaşımlara cavab verib. Matçda etdiyi səhvlərə görə üzr istəyən braziliyalı "Mənim səhvlərimə görə ailəmin təhdid edilməsini qəbul edə bilmərəm. Ailəmə hörmət etməyinizi gözləyirəm", - sözləriylə gündəm oldu. 

Markaonun bu paylaşımından sonra "Cim-Bom" azarkeşləri futbolçuya dəstək mesajları ilə qarşılıq verib.