"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim maraqlı açıqlaması ilə diqqətləri çəkib.
Offsideplus.az xəbər verir ki, Türkiyə kubokunda "Alanyaspor"la keçiriləcək matçdan əvvəl kamera qarşısına keçən 65 yaşlı mütəxəssis Arda Turanın bu gün Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılması xəbərinə reaksiya verib.
Terim ortada əgər onun adı varsa, Ardaya az cəza verməli olduqlarını düşündüyünü bildirib:
"Yəqin ki, əgər ortada Fatih Terim adı keçirsə, "az verməliyik", "bizə yaraşmaz" deyə düşünüblər Ardaya cəza verərkən. Anoloqu olmayan bir qərardır, amma hər halda "Qalatasaray" formasını geyinməsi ağır cəza alması üçün bəs edir".
Qeyd edək ki, Arda Turan "Fənərbağça" ilə derbidən (0:1) sonra soyunub-geyinmə otağında işlətdiyi nalayiq ifadələrə görə iki oyunluq diskvalifikasiya edilib.