Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın ulduz futbolçusu Arda Turanın ötən həftə "Fənərbağça" ilə derbidən (0:1) sonra etdiyi hərəkətinə biganə qalmayıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.
Səbəb isə təcrübəli futbolçunun matçdan sonra soyunub-geyinmə otağında komanda yoldaşı Markao ilə birgə təhqiramiz ifadələr işlətməsi olub.
Həmin görüntüləri sosial şəbəkə hesabında yayan Etebo isə bir neçə dəqiqə paylaşımını silmişdi.