Aldığı zədələr ucbatından "Qalatasaray"da heç də yaxşı dövr yaşamayan Radamel Falkaonun getmək istədiyi klub məlum olub.

Offsideplus.az "ESPN F90"a istinadən xəbər verir ki, 34 yaşlı forvard Argentinanın "River Pleyt" klubuna keçmək arzusundadır.

Bu barədə argentinalı futbolçu Kristian Fabbiani açıqlama verib.

Ötən gün xarici mətbuatda yer alan xəbərlərə görə isə Falkao MLS klublarından birinə transfer ediləcək.

Qeyd edək ki, kolumbiyalı hücumçu 2019-cu ildən "Qalatasaray"ın şərəfini qoruyur.