Bu gün Türkiyə kubokunun 1/4 final mərhələsində "Başakşəhər"i qəbul edəcək "Fənərbağça"nın heyətində ciddi itki var.

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Filip Novak bugünkü qarşılaşmada forma geyinməyəcək.

30 yaşlı çexiyalı sol cinah müdafiəçisinin yüngül zədəsinin olduğu bildirilir.

Qeyd edək ki, sözügedən matç bu gün Bakı vaxtı ilə 21:45-də başlayacaq.