"Qalatasaray"ın "Benfika"dan icarəyə götürdüyü Gedson Fernandes nömrə seçimini edib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu yeni komandasında "83" nömrə ilə oynayacaq. 1999-cu ilin yanvarın 8-də anadan olan portəgiz oyunçu niyə məhz bu nömrəni seçdiyini açıqlamayıb.

Qeyd edək ki, qış fasiləsində transfer olunan Fernandes bir müddət öncə koronavirusa yoluxduğuna görə sarı-qırmızı formada debüt etməyib. 

collage t9LA cover