"Fənərbağça" - "Qalatasaray" qarşılaşmasında (0:1) zədələnən Marselo Saraççinin durumuna aydınlıq gəlir.

 

Offsideplus.az klubun yaydığı məlumat əsasında xəbər verir ki, uruqvaylı futbolçu tibbi müayinədən keçib. Məlum olub ki, sol cinah müdafiəçisinin sol üst arxa əzələsində yüklənmə, qanama və qismən yırtıq aşkarlanıb. Saraççi önümüzdəki 2-3 həftədə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 22 yaşlı futboçu cari Super Liqa mövsümündə 17 oyunda forma geyinib.