"Fənərbağça"nın ulduzu Məsut Özil doğma meydanda "Qalatasaray"a uduzandan (0:1) sonra paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 62-ci dəqiqədə oyuna daxil olan yarımmüdafiəçi komandasını xilas edə bilməyib. Özil "instaqram" hesabında məğlubiyyəti belə şərh edib:
"Komandamla ilk derbimin fərqli başa çatmasını istərdim, dünənki nəticəyə görə çox məyusuq. Lakin mən, "Fənərbağça"ya komanda yoldaşlarım və azarkeşlərimlə birlikdə böyük qələbələr və kuboklar qazanmaq üçün gəldim. Yolumuz uzundur və inşallah, sonu çempionluqla bitəcək".