"Qalatasaray"la derbi öncəsi "Fənərbağça" braziliyalı yarımmüdafiəçisinin yardımından məhrum qalıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Luiz Qustavonun adı "sarı-lacivərtlər"in bugünkü start heyətində yoxdur. Braziliyalı futbolçu zədə səbəbindən "Qalatasaray"a qarşı matçı buraxacaq. 

Qeyd edək ki, "Fənərbağça" "Qalatasaray" matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.