Sabah keçiriləcək "Fənərbağça" - "Qalatasaray" derbisindən maraqla gözlənilən məsələlərdən biri də qonaqların ulduzu Falkaonun meydana çıxıb-çıxmayacağıdır.
Offsideplus.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən və formasından uzaq qalan kolumbiyalı hücumçunun sabah "Cimbom" forması ilə son matçına çıxacağı iddia edilir.
Belə ki, Kolumbiya mətbuatında yer alan xəbərlərə görə, 34 yaşlı forvard derbinin ardınca "Qalatasaray"dan ayrılacaq və MLS-in "Naşvil" klubuna keçəcək.
ABŞ-da 10 fevralda açılacaq transfer pəncərəsi dövründə onun keçidinin həll ediləcəyi bildirilir.