Türkiyədə, elə Azərbaycanda da bütün diqqətlər sabahkı "Fənərbağça" - "Qalatasaray" derbisinə yönəlib.
Son 9 oyunun 8-də qələbə qazanan, qış transferləri ilə diqqətləri üzərinə çəkən, lider kürsüsündə əyləşən "Fənərbağça"nın doğma meydanda əzəli rəqibi ilə oyunda hansı nəticəyə imza atacağı maraqla gözlənilir.
Offsideplus.az xəbər verir ki, sabah, Bakı vaxtı ilə 17.00-da başlayacaq qarşılaşma kifayət qədər təcrübəli hakimə tapşırılıb. Oyunun əhəmiyyətini nəzərə alan TFF-nin Hakimlər Komitəsi derbidə Türkiyə hakimliyinin "1 nömrə"si Cüneyt Çakırın fit çalmasını məqsədəuyğun sayıb. 44 yaşlı hakimin işinin öhdəsindən nə dərəcədə gələcəyini sabah görəcəyik.
Qeyd edək ki, komandalar arasındakı ilk dövrədəki görüşü (0:0) Ali Balabıyık idarə etmiş, 7-si "Qalatasaray"lılara, 4-ü "Fənərbağça"lılara olmaqla ümumilikdə 11 sarı vərəqə göstərmişdi.