"Hatayspor" - "Fənərbağça" matçında (1:2) zədələnən Luiz Qustavonun durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu komandanın bugünkü məşqində iştirak etməyib. Dizində şiddətli ağrılar hiss edən təcrübəli yarımmüdafiəçi hələ bir neçə gün müalicə alacaq. Odur ki, Qustavonun fevralın 6-da "Qalatasaray"la baş tutacaq derbidə oynamayacağı dəqiqləşib. Həmçinin fevralın 9-da "Başakşehir"lə qarşılaşmada da forma geyinə bilməyəcək.
Qeyd edək ki, Qustavo cari Super Liqa mövsümündə 21 görüşdə meydana çıxaraq 1 qol vurub.