"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz maraqlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, türkiyəli həmkarlarımızın suallarını cavablandıran klub rəhbəri İrfan Can Kahvecinin "Fənərbağça"ya transferi barədə də danışıb. 71 yaşlı iş adamı Kahveci üçün "Fənərbağça"nın 10 milyon avro təklif etdiyini şəxsən "Başakşəhər"in prezidenti Göksel Gümüşdağdan öyrəndiyini bildirib. Mustafa Cengiz İrfanın əvvəl əslində "Qalatasaray"a gəlmək istədiyini söyləyib:
"İrfan bizi istəyirdi, yəni mənə verilən məlumata görə, o, israrla "Qalatasaray"a keçmək arzusunda imiş. Biz ona görə, 4 milyon avro və üstəlik satışdan əldə olunan gəlirin 100-də 50-sini vermək iqtidarında olduğumuzu bildirdik. Bundan sonra Göksel bəylə üz-üzə danışdıq. O bildirdi ki, əgər İrfana sizinlə eyni məbləği təklif edən digər klub olarsa, mən də öncədən razılığımı verəcəm. Bundan sonra təklifimizi artırdıq çünki bizim sıralarımıza qoşulmaq istəyən bir futbolçu vardı. "Uşağ"ın istəyini dəyərsiz hala gətirməyək deyə düşündük. Bunun üçün sponsor da tapdıq".
Mustafa Cengiz daha sonra Göksel Gümüşdağın ona zəng etdiyini və "Fənərbağça"nın İrfan üçün 10 milyon avro təklif etdiyini dediyini dilə gətirib:
"Göksel bəy mənə "Fənərbağça"nın 10 milyon avro təklif etdiyini dedi. Bizim təkliflə onlarınkı arasında böyük "uçurum" vardı. Sonradan isə 7 milyon avroya razılaşdıqlarını açıqladılar".
Qeyd edək ki, 25 yaşlı futbolçu 7 milyon avro qarşılığında "Başakşəhər"dən "Fənərbağça"ya transfer edilib.