Sezon arası keçidlərdə əlini cəld tutan "Qalatasaray"ın növbəti hədəfi daxili transferdir.

Offsideplus.az Fanatik-ə istinadən xəbər verir ki, "Qalatasaray" futbolçusu Markaonu heyətində saxlamağı düşünür. Bu səbəbdən dəyərli futbolçusunun satış qiymətini 20 milyon avroya qaldırıb. "Cim-Bom" braziliyalı müdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır. Bundan əlavə, illik maaşı 850 min avro olan futbolçusunun gəlirini 1,5 milyon avroya yüksəldəcək.

Qeyd edək ki, Markaonun "sarı-qırmızılar"la müqaviləsi gələn ilin yayında başa çatır.