"Bursaspor" gənc futbolçusu Ali Akmanı əsas heyətdən həmişəlik kənarlaşdırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi 18 yaşlı forvardı komandadan uzaqlaşdırıb. Açıqlamada bildirilir:
"Bursaspor"un aşağı yaş qrupunda yetişən Ali Akmanın qeyri-etik transferi və davranışları səbəbindən heyətdən həmişəlik kənarlaşdırılması qərarı verilmişdir".
Qeyd edək ki, Akman Bundesliqa təmsilçisi "Ayntraxt"la 4 illik razılığa gəlib. Keçid 2021/22 mövsümündən etibarən qüvvəyə minəcək.