Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "Cimbom" bir müddətdir ki, "Nyukasl"la aparılan danışıqlar sonunda DeAndre Yedlinlə müqavilə imzalandığını bəyan edib. 27 yaşlı ABŞ-lı sağ cinah müdafiəçisi ilə 2,5 il müddətinə müqavilə imzalanıb.
"Qalatasaray" futbolçu üçün qarşı tərəfə sərbəst qalma məbləği ödəməyib.
Sözügedən oyunçu cari mövsümün qalan hissəsi üçün 350 min avro, növbəti mövsüm üçün isə 1 milyon 150 min avro qazanacaq. Onun 2022-2023-cü illər mövsümü üçün qazancı isə 1 milyon 100 min avro olacaq.
Qeyd edək ki, Yedlin bu mövsüm "Nyukasl" forması ilə 10 rəsmi oyunda iştirak edib.