Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Dimitrios Pelkas sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki,  sözügedən oyunçu zədələnərək, iki-üç həftə ərzində "sarı-larcivərtlilər"ə kömək edə bilməyəcək.

27 yaşlı yunan yarımmüdafiəçi Super Liqanın 23-cü turu çərçivəsində “Qalatasaray”la keçiriləcək matçda iştirak etməyəcək.

Qeyd edək ki, Türkiyə derbisi fevralın 6-da keçiriləcək.