“Fənərbağça” “Başakşəhər”in futbolçusu İrfan Can Kahvecini heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçinin keçidi “sarı-lacivərdlilər”ə 7 milyon avroya başa gəlib. Türkiyə mətbuatı İrfanla 4,5 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan İrfan Can 2017-ci ildən “Başakşehir”də çıxış edirdi.

141248