"Trabzonspor" klubu "Volfsburq"un türk oyunçusu Yunus Mallını transfer edib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Trabzon təmsilçisi ilə "2.5+1 il" şərtiylə anlaşıb. Transfer pulu ödənilməyən Mallı bu mövsüm 4,4 milyon TL, növbəti mövsümlərdə isə 8,9 milyon TL maaş alacaq.

Mallı Türkiyə millisində 25 oyunda forma geyinərək 1 qol vurub. 

Qeyd edək ki, "Trabzonspor" klubu artıq Berat Özdemir və Anastasios Bakasetas transferlərini açıqlayıb.