Cenk Tosunun "Beşiktaş"la icarə müqaviləsinə imza atması an məsələsidir.
Türkiyə millisinin üzvü sabiq komandasına qayıdacağı halda gənc Güven Yalçının şans qazanmaq şansı yox dərəcəsinə enəcək.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi istedadlı hücumçunu itirməmək üçün onu icarəyə göndərmək fikrindədir. 22 yaşlı futbolçunun xidmətində İtaliya "Leççe"si maraqlıdır. Artıq klub rəhbərləri arasında bu yöndə şifahi razılıq əldə olunub. Yaxın günlərdə keçid haqqında rəsmi bilgi veriləcək. Güvenə Portuqaliyadan da təkliflər var. Lakin özü İtaliyada top qovmaq niyyətindədir.
Qeyd edək ki, Yalçın cari Super Liqa mövsümündə 13 oyunda 288 dəqiqə forma geyinməklə 1 qol vurub.