"Başakşehir"in futbolçusu İrfan Can Kahveci artıq qərarını verib.
Offsideplus.az Sabah-a istinadən xəbər verir ki, 25 yaşlı mərkəz yarımmüdafiəçisi "Qalatasaray"a keçmək üçün maaşından keçməyə razıdır. Keçmiş komanda yoldaşı və "Fənərbağça"nın idman direktoru Emre Belözoğluna təklif üçün təşəkkürünü bildirən Kahveci qərarını "Qalatsaray"dan yana verib.
Türkiyə millisinin üzvü "Fənər" və "Cim-Bom"un təklifləri arasındakı fərqi azaltmaq üçün "Qalatasaray"ın təklif etdiyi 1,25 milyon avro maaşdan 200-250 min avro kəsməyə hazırdır. İrfanın bu gün "sarı-qırmızılar"la 4,5 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" İrfan Can Kahveci üçün 7 milyon, "Qalatsaray" isə 6,5 milyon avro təklif edib.