Hazırda zədəli durumda olan "Başakşehir"in futbolçusu İrfan Can Kavecinin mövsümün ikinci yarısında karyerasını hansı klubda davam etdirəcəyi sual altındadır.

Offsideplus.az Fanatik-ə istinadən xəbər verir ki, "Fənərbağça" iki təklif ortaya qoyub. Belə ki, "sarı-lacivərtlər"in prezidenti Ali Başkan İrfan Kahvecinin qarşılığında 10 milyon avro + Deniz Artı; 7 milyon avro + Deniz Türüç və P.Sisse şəklində iki cür təklif edib. 

Əvvəldən 25 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını bildirən "Qalatsaray" isə 6,5 milyon avroluq təklif göndərib. Bundan əlavə, "Cim-Bom" futbolçunun da "Qalatsaray"da çıxış etmək istədiyini "Fənər"ə qarşı istifadə edir.