"Beşiktaş" istəyinə çatıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Everton" rəhbərliyi ilə aparılan danışıqlar müsbət sonluqla yekunlaşıb. Bu isə o deməkdir ki, Cenk Tosun qarşıdakı 4 ayı yenidən ağ-qara formada mübarizə aparacaq. "Qara qartal" birdəfəlik keçiddə maraqlı olsa, yayda 29 yaşlı futbolçunun transferi müzakirə olunacaq. Türkiyə millisinin forvardı yaxın 2-3 gün ərzində özəl təyyarə ilə Türkiyəyə təşrif buyuracaq.
Qeyd edək ki, Cenk 2018-in yanvarında 17 milyon avro qarşılığında məhz "Beşiktaş"dan "Everton"a transfer olunmuşdu.