Türkiyə Superliqası klubu "Başakşehir"in yeni baş məşqçisi bəlli olub. 

 Offsideplus.az xəbər verir ki, komandanın başına Aykut Kocaman gətirilib. Bu barədə klubun rəsmi "tvitter" hesabında məlumat yayılıb. 55  yaşlı mütəxəssislə müqavilənin detallarının fevralın 1-i açıqlanacağı bildirilib.

 Qeyd edək ki, sonuncu dəfə "Konyaspor"u çalışdıran baş məşqçi keçən ilin fevralından bəri klubsuz idi. O, 2010-2013, 2017-2018-ci illərdə "Fənərbağça"nın başında olub.