Türkiyənin "Başakşehir" klubu baş məşqçisi Okan Burukla yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Okan Buruk 2019/2020 mövsümündə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub. Komanda hazırda Superliqada 24 xalla 15-ci pillədə qərarlaşıb.