Atilla Szalay, Mesut Özil, Brayt Osayi-Samuelin keçidini həll edən "Fənərbağça" dayanmaq bilmir.

Hücum xəttinə də legioner gətirməyi planlaşdıran klub rəhbərliyinin Moussa Marega arzusunun "suya düşdüyünü" deyə bilərik. "Portu"nun keçidə görə 5 milyon avro istəməsi İstanbul təmsilçisini daha uyğun variant axtarmağa məcbur edib.

Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" "Real"ın futbolçusunu gözaltı edib. Rəhbərlik və baş məşqçi Erol Bulut "Kral klubu"nda yetərincə şans qazanmayan Mariano Diazın xidmətində maraqlıdır. Artıq bununla bağlı Madridə mesaj göndərildiyi deyilir.

Təbii ki, "Fənər"in 27 yaşlı futbolçunu birbaşa transfer edəcək gücü yoxdur. Odur ki, "Real"la 2023-ün yayına qədər müqaviləsi olan forvardı mövsümün sonuna qədər icarəyə götürmək istəyirlər. 

Qeyd edək ki, Diaz cari mövsümdə La Liqada meydana çıxdığı 5 oyunda 1 dəfə fərqlənib.