Cenk Tosun karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" vaxtilə 27 milyona satdığı futbolçunu icarəyə götürmək istəyir. "Everton" rəhbərliyi klubla gələn ilin yayına qədər müqaviləsi olan hücumçunu maaşını qarşı tərəfin verməsi şərti ilə icarəyə göndərməyə hazırdır. Belə deyək, klublar arasında razılıq əldə olunub, qalır futbolçunun mövqeyi. İddialara görə, Cenk bu niyyətlə Türkiyəyə gəlib. Futbolçunun özünün də karyerasını ölkəsində davam etdirməkdə maraqlı olduğu deyilir.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 7 oyunda 1 qol vuran Tosunla Moskva ÇSKA-sı da yaxından maraqlanır.