Fernando Musleranın "Qalatasaray"la müqaviləsinin müddəti bu ilin yayına qədərdir.

Buna baxmayaraq, klub rəhbərliyi yeni sözləşmə ilə bağlı heç nə demir. Fatih Terimin israrla sərəncamında görmək istədiyi uruqvaylı qapıçının özü də komandada qalmaqda maraqlıdır. Sadəcə, ...

Offsideplus.az xəbər verir ki, agenti Muslera kimi düşünmür. Qapıçı hər nə qədər səbrli olmağa üstünlük versə də, meneceri artıq indidən axtarışa başlayıb. Agenti rəhbərliklə telefon söhbətində müştərisini razı salmayacaq təklif olacağı halda Fernandonun "Qalatasaray"ı tərk edəcəyini deyib. Üstəlik, qolkiperin xidmətində maraqlı olan bəzi klublarla danışıqlara start verdiyini söyləyib. 

Qeyd edək ki, Muslera 2011-ci ildən sarı-qırmızı formanı geyinir.