"Başakşehir"in futbolçusu İrfan Can Kahveci Türkiyə və Avropanın nəhəng klublarının hədəfindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransanın təmsilçisi "Marsel" 25 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib. Klubun idman direktoru Pablo Lanqoria Kahvecinin keçidi ilə bağlı danışıqlarda olduğunu bildirib.
Qeyd edək ki, zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalan İrfan Kahveci "Qalatasaray" və "Fənərbağça" klublarının da maraq dairəsindədir.