"Başakşehir"in futbolçusu İrfan Can Kahveci uzun müddətə zədələnib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yuxarı arxa əzələsində yırtıq aşkarlanıb. Kahvecinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, İrfan Kahveci ilə Türkiyənin "Qalatasaray" və "Fənərbağça" klubları yaxından maraqlanır. "Cim-Bom"un baş məşqçisi Fatih Terim futbolçunu heyətində görmək istədiyini özü bildirmişdi.