Türkiyə Superliqasının 21-ci turunda "Fənərbağça" doğma meydanda "Kayseripsor"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" 3 cavabsız qolla rəqib üzərində qələbə qazanıb. Mame Tiam 1 qol və 1 assistlə yadda qalıb. 

Xallarının sayını 42-yə çatdıran "Fənərbağça" 2-ci pillədəki yerini qoruyub. Lider "Beşiktaş" 2 xalla öndə, "Qalatasaray" isə 39 xalla "Fənər"dən bir pillə aşağıda qərarlaşıb.

Oyunun geniş icmalını təqdim edirik:

"Fənərbağça" - "Keyserispor" 3:0 (M.Tiam, 21. M.Samatta, 52. P.Sisse, 86.)