Mario Mancukiç arzusuna çata bilməyən "Beşiktaş" indi də gözünü başqa bir ulduza dikib.

Offsideplus.az xəbər verir ki, "Atletiko"dan ayrıldıqdan sonra azad agent statusuna yiyələnən Dieqo Kosta İstanbul təmsilçisinin hücum xəttində görmək istədiyi bir nömrəli namizəddir. 32 yaşlı forvard aparıcı Avropa ölkələrində, xüsusən də İngiltərədə oynamaqda maraqlıdır. Lakin istədiyi komandalardan istədiyi təklifi almır.

"Beşiktaş" isə Dieqonu heyətinə qatmaq üçün əlini cibinə salmağa hazırdır. "Corriere dello Sera"nın məlumatına görə, futbolçu "Beşiktaş"ın formasını geyinə bilər. Ayın sonuna qədər Avropadan istədiyi təklifi almasa, karyerasını ya yaya kimi Türkiyədə davam etdirəcək, ya da istanbullulardan uzun müddətli müqavilə bağlanılmasını istəyəcək.

Qeyd edək ki, Dieqo "Atletiko" formasında sentyabrdan dekabra qədər 7 oyunda 2 dəfə fərqlənib. Sonuncu dəfə 2017-ci ildə dəvət aldığı İspaniya millisində isə 26 görüşdə 10 top vurub.