Türkiyənin "Fənərbağça" klubu Məsut Özil transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Türk əsilli yarımmüdafiəçinin transferi həm "Fənərbağça", həm də "Arsenal" klubu tərəfindən açıqlanıb. "Sarı-lacivərtlər" Özillə 3,5 illik müqavilə imzaladığını açıqlayıb.

Ulduz futbolçu bu gün baş tutacaq məşq toplanışında iştirak edəcək.