"Qalatasaray"ın yeni transferi İstanbula gəlib.
Offsideplus.az xəbər verir ki, İngiltərə "Brentford"una məxsus Halil Dervişoğlu bir neçə saat öncə İngiltərədən Türkiyəyə təşrif buyurub. İstanbul təmsilçisi Türkiyə gənclər millisinin üzvü ilə icarə əsasında mövsümün sonuna qədər müqavilə bağlayacaq. Futbolçunun oyunu baş məşqçi Fatih Terimi qane etsə, yayda "Qalatasaray"a transferi reallaşa bilər.
Qeyd edək ki, "Brentford" İngiltərənin 2-ci liqası sayılan Çempionşipdə mübarizə aparır. Halil 2020-21 mövsümünün ilk yarısını icarə əsasında "Tvente"də keçirərək 9 oyuna çıxıb.