İrfan Can Kahvecinin keçidini həll edə bilməyən "Qalatasaray" sabaha qədər rəsmi transferini açıqlayaması yayacaq.

Offsideplus.az xəbər verir ki. "cim-bom"un İngiltərədə oynayan Halil Dervişoğlu ilə apardığı danışıqlar müsbət yekunlaşıb. Türkiyə U-21-nin "Brentford"da top qovan üzvü İstanbul təmsilçisində oynamağa razılıq verib. Odur ki, futbolçunun ailəsi "Qalatasaray" - "Denizlispor" matçını "Türk Telekom Arena"da izləyib. 

Futbolçunun bu gün İstanbula gələcəyi gözlənilir. Halillə gələcəkdə birbaşa transfer olunmasının mümkünlüyü şərti ilə icarə müqaviləsi bağlanacaq. 

Qeyd edək ki, "Brentford" İngiltərənin 2-ci liqası sayılan Çempionşipdə mübarizə aparır. Halil 2020-21 mövsümünün ilk yarısını icarə əsasında "Tvente"də keçirərək 9 oyuna çıxıb.