"Qalatasaray" əsas futbolçularından birini itirə bilər.

Belə ki, komandanın  futbolçusu Badou Ndiayeyə Çindən təklif gəlib. Offsideplus.az xəbər verir ki, adı açıqlanmayan Çin klubu 27 yaşlı seneqallı futbolçu üçün 18 milyon avro təklif edir.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim hələlik transferə razılıq verməyib. Baş məşqçi onun mövqeyinə ucuz və keyfiyyətli futbolçu tapa bilsə, keçidə icazə verəcək.

Qeyd edək ki, "Qalatasaray" Badou Ndiayeni yayda "Osmanlıspor"dan 7,5 milyon avroya transfer olunub.

Fanat.Az