Super Liqa təmsilçisi "Trabzonspor"un futbolçusunu icarəyə götürüb.
Offsideplus.az "Göztəpə"nin rəsmi saytına istinadla xəbər verir ki, Fousseni Diabate bundan sonra sarı-qırmızı formanı geyinəcək. İzmir təmsilçisi 25 yaşlı vingeri mövsümün sonuna qədər icarəyə götürüb. Ötən yay komandaya cəlb olunan fransız futbolçu yetərincə şans qazanmadığından, daha çox oynayacağı yerə üz tutmaqda maraqlı olub.
Qeyd edək ki, Diabate vaxtilə "Reyms", "Genqam", "Ayaçço", "Lester" və "Sivasspor"un şərəfini qoruyub.