"Arsenal"ın sabiq futbolçusu Lukas Podolski keşmiş komanda yoldaşı Məsut Özilin "Fənərbağça"ya keçidini dəyərləndirib.

Offsideplus.az Bild-a istinadən xəbər verir ki, hazırda "Antalyaspor"da çıxış edən 35 yaşlı hücumçu "Arsenal"ı tənqid edib. Bundan əlavə, Podolski Türkiyə futbolu barədə Özilə bəzi xəbərdarlıqlar edərək məsləhət verib:

"Türkiyədə maçlar bir az xaotik keçir. Çoxlu qayda pozuntuları olur və hakimlər oyunu yarıda saxlayır. Bu səbəbdən futbol çox az oynanılır. 90 dəqiqənin yalnız 60 dəqiqəsi futbola sərf olunur. 

Məsutun "Arsenal" karyerasının belə başa çatması çox utancvericidir. Onun oynamağına imkan vermədilər. İndi Məsut sevdiyi işi yenidən görəcək və futbolunu oynayacaq".