Bir həftə əvvəl Marius Şimuditsa ilə yollarını ayıran "Qaziantep" yeni baş məşqçinin kimliyini açıqlayıb.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, şəhərin eyniadlı komandasını bundan sonra ötənlərin tanınmış futbolçusu, 48 yaşlı mütəxəssis Rikardo Sa Pinto çalışdıracaq. Sa Pinto ilə 2,5 illik sözləşmə əldə olunub. 

Bilməyənlər üçün xatırladaq ki, Sa Pinto Portuqaliya millisinin 1999-cu ildə yığmamızı Gimaraeşdə 7:0 hesabı ilə darmadağın etdiyi oyunun iştirakçılarından olub, hətta 28-ci dəqiqədə hesabı açıb.

Qeyd edək ki, "Qaziantep" 18 turdan sonra topladığı 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

0x0 son dakika gaziantep fk yeni hocasini duyurdu iste o isim 1611135109044