Türkiyə Superliqası klubu "Rizespor" baş məşqçisi ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Styepan Tomas ilə yollarını ayırıb. Klub sabiq baş məşqçisinə uğurlar arzulayıb, təşəkkür edib.

Yeni baş məşqçi postuna rumıniyalı Marius Sumudika təyin olunub. Təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2020-ci ildən "Rizəspor"u çalışdırırdı.