Bildiyiniz kimi "Fənərbağça" ilə anlaşan Mesut Özil artıq Türkiyədədir.

Yanvarın 17-dən 18-nə keçən gecə ailəsi ilə birlikdə İstanbula enən dünya ulduzu hələ ki, rəsmi şəkildə təqdim olunmayıb. Mesutun insanların arasına çıxması və məşqlərə qatılması müəyyən vaxt aparacaq.

Offsideplus.az xəbər verir ki, Özil Türkiyəyə İngiltərədən gəldiyi üçün karantinə alınıb. Koronavirusla bağlı tətbiq olunmuş qaydalara görə, cari həftənin sonuna qədər yerləşdiyi evdən bayıra çıxa bilməz. Bu isə o deməkdir ki, Mesutun nəinki həftəiçi təqdimatı baş tutmayacaq, hətta bu axşam "Fənərbağça" ilə "Ankaragücü" arasındakı qarşılaşmanı da stadionda canlı izləyə bilməyəcək. 

Məşqlərə növbəti həftədən başlaya biləcək ki, xeyli vaxtdır oyun təcrübəsinə həsrət qalan "Fənər"in yeni "67 nömrə"sinin yaxın vaxtlarda çempionat matçlarında görünməsi inandırıcı deyil.