Türkiyə Superliqasının 19-cu turunda günün gözlənilən İstanbul derbisi baş tutub.
Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da start verən matçı Cüneyt Çakır idarə edib. "Beşiktaş"ın doğma meydanda "Qalatasaray"ı qəbul etdiyi oyun 2:0 hesabı ilə başa çatıb. "Qara qartallar"ın qələbə qollarının müəllifi Cozed de Souza və Nkudu olub. Matç boyu ümumilikdə 4 sarı və 1 qırmızı vərəqə göstərilib.
"Qalatasaray"dan 13-cü dəqiqədə Arda Turan, 33-cü dəqiqədə isə Oğulcan sarı vərəqə ilə cəzalanıb. Baş hakim "Beşiktaş"dan 21-ci dəqiqədə Rosierə, 63-cü dəqiqədə isə Cezzala sarı vərəqə göstərib. Matçın 58-ci dəqiqəsində Mbaye Diagne qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub.
Xallarının sayını 38-ə çatdıran "Beşiktaş" bir oyun az keçirən "Fənərbağça"nı geridə qoyub. "Qalatasaray" isə 33 xalla 4-cü yerdə qərarlaşıb.
"Beşiktaş" - "Qalatasaray" 2:0 (C.Souza, 79. Nkudu, 90+1.)