Türkiyə kubokunda 1/8 final mərhələsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. “Ərzurum BB” ilə evdə qarşılaşan “Alanyaspor” 4:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
Digər görüşdə isə “Fənərbağça” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri minimal hesablı qələbə qazanaraq 1/4 finala adını yazıdırıb.
Qeyd edək ki, daha öncə “Antalyaspor”, “Sivasspor”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər” və “Beşiktaş” da 1/4 finala yüksəlmişdi. 1/4 və 1/2 final mərhələlərinin püşkatması bu gün keçiriləcək.
1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də olacaq.