Türkiyə Superliqasında liderliyə şərik çıxan "Fənərbağça"nın hədəfində ölkə kuboku var.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" Türkiyə Kubokunun 1/8 finalında "Kasımpaşa"nı qəbul edib. "Sarı-lacivərtlər" 1:0 hesabıyla rəqib üzərində qələbə qazanaraq adını 1/4 finala yazdırıb. Matçın yeganə qoluna 51-ci dəqiqədə Samatta imza atıb.
"Fənərbağça" - "Kasımpaşa" 1:0 (Samatta, 51.)