Mesut Özilin "Fənərbağça" ilə anlaşdığı deyilsə də, rəsmi məlumat yoxdur.

32 yaşlı futbolçunun adı Türkiyənin idman mətbuatının bəzəyinə çevrilib. Karyerasını Türkiyədə davam etdirməyə yaxın olan "Arsenal"ın ünlü siması sosial şəbəkələrdəki paylaşımları ilə azarkeşləri həyəcanlandırmaqda davam edir. Nəhayət, klub rəsmilərindən biri ortaya çıxaraq Özil mövzusunda açıqlama verib.

Offsideplus.az xəbər verir ki, türkiyəli həmkarlarımız "sarı-lacivərdlilər"in məşqini izləmək üçün Samandra Can Bartu təsislərinə yollanıb. Hazırlıqdan öncə klubun idman direktoru Emre Belözoğlu jurnalistlərin əhatəsinə düşdüyündən, aktual sualları cavablandırmalı olub ki, Mesut mövzusundan da danışıb: "Transfer baş tutsa, ilk dəfə belə bir şey olacaq. Camiə və prezidentimiz adına məsələyə pozitiv baxsam da, asan görünmür. Mesut çox böyük ulduzdur, amma klubu ilə anlaşması var. "Fənərbağça"nın xüsusən də bizim olduğumuz dönəmdə belə bir futbolçuya sahib olmasından qürur duya bilərik. Mesutun özü və agenti ilə görüşmüşük. "Fənər"ə transferi həmişə olduğundan çox-çox yaxındır".

Qeyd edək ki, Türkiyə mətbuatında ulduz futbolçunun "Fənər"lə anlaşdığı, 3,5 illik müqaviləyə imza atacağı, ilinə 5 milyon avro qazanacağı və "67 nömrə" altında çıxış edəcəyi qeyd olunur.