"Trabzonspor"un ulduzu Burak Yılmaz azarkeşlərə mesaj göndərib.
"2 həftədir yaxşı oyun göstərməyimizə baxmayaraq qələbə qazana bilmirik. Qarşıda 4 oyun qalıb. Son ana qədər mübarizə aparacayıq və Avropa Liqasına vəsiqə qazanmaq üçün 4-də 4 edəcəyik" deyib.
Offsideplus.az xəbər verir ki, 2 həftədir oynadıqları futbolun qarşılığını almadığını qeyd edən "Trabzonspor"un təcrübəli futbolçusu "Xüsusilə "Sivasspor" matçında ilk hissə də inanılmaz fürsətlər xərclədik. Çox istədik, amma qələbə qazana bilmədik. Hər zaman belə olmur" deyə bildirib.