Super Liqa təmsilçisi baş məşqçi ilə yollarını ayırıb.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, "Qaziantep" Marius Şumuditsa ilə vidalaşıb. Rəhbərliklə təcrübəli çalışdırıcı görüşərək əl sıxıb, bir-birinə uğurlar arzulayıblar.

Məlum ayrılıq qardaş ölkədə böyük təəccüblə qarşılanıb. Belə ki, "Qaziantep" 17 turdan sonra 31 xal toplamaqla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb ki, bu, avrokuboklara vəsiqə verən yer hesab olunur. Ötən mövsümdə isə komanda çempionatı 8-ci sırada başa vurmuşdu. 

Qeyd edək ki, Şumuditsa 2019-un yayından "Qaziantep"in baş məşqçisiydi.