Dünən "Genclerbirliyi" üzərində 0:6 hesablı qələbədən sonra mətbuat konfransı keçirən Fatih Terim "Başakşehir"in futbolçusunu istədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İrfan Can Kahvecini heyətində görmək istədiyini bildirən Terimə "Başakşehir"dən maraqlı cavab gəlib. Klubun rəsmi "Tvitter" hesabında fincan şəkilləri paylaşılaraq "Qalatasaray"a fincandan başqa heç nə satmayacaqlarını açıqca bildiriblər.
"Qəhvə fincanlarmız "Başakşehir" mağazalarında satışa çıxıb".
☕️ Kahve fincanlarımız Başakşehir Store’da satışa çıkmıştır. pic.twitter.com/F4QJAlasPT
— İstanbul Başakşehir (@ibfk2014) January 9, 2021