"Qalatarsay"ın böyük ümidlərlə heyətinə qatdığı Radamel Falkao heç cür ümidləri doğrulda bilmir.
Kolumbiyalı ulduzun qarşısını kəsən zədə amilidir. Türkiyəyə gəldiyi gündən zədələrini sağaltmaqla məşğul olan təcrübəli forvard yerli futbolsevərlər üçün lətifə mənbəyinə çevrilib. Türkiyəli həmkarlarımız maraqlı araşdırma aparıb və ortaya şok rəqəm faktları çıxıb.
Offsideplus.az xəbər verir ki, Radanel "cim-bom"la müqavilə bağladığı gündən - yəni 2019-un yayından bu yana 6 dəfə zədələnib. Hər dəfə vaxta ehtiyac duyan futbolçu nə az, nə çox, 182 gününü müalicələrə həsr edib.
Bu isə o deməkdir ki, Falkao "Qalatasaray"da olduğu ilyarımın 6 ayını komandasına fayda verə bilməyib. İşin maliyyə tərəfi də olduqca maraqlıdır. İllik 5 milyon avro qazanan məşhur sima oynamaya-oynamaya 2,5 milyon avroya sahib olub. Odur ki, rəhbərlik ondan qurtulmağa çalışır. Müqavilə müddətinin başa çatmasına ilyarım var.