Mesut Özilin "Fənərbağça" ilə müqavilə bağlaması an məsələsidir.
Xəbər verdiyimiz kimi, tərəflər bütün şərtlərdə razılığa gəlib. Hətta ünlü futbolçunun hansı nömrə altında çıxış edəcəyi və illik qazancı da mətbuata məlumdur.
Offsideplus.az xəbər verir ki, dünən baş tutan "Fənərbağça" - "Alanyaspor" matçından sonra "sarı-lacivərdlilər"in baş məşqçisi Erol Bulut matçı yayınlayan telekanalın əməkdaşı ilə söhbətdə özünə ünvanlanan Özil sualını cavablandırıb:"Bilirəm, Mesut Özilin adı sosial mediada çox müzakirə olunur, haqqında danışılır. Onu deyə bilərəm ki, Mesut və digər transferlərlə bağlı məsələyə önümüzdəki günlərdə aydınlıq gələcək".
Baş məşqçinin sosial mediada və mətbuata yazılanları təkzib etməməsi Almaniya millisinin sabiq futbolçusu ilə anlaşmanın əldə olunduğundan xəbər verir.